Yuxugörməni qeydə alan cihaz hazırlanıb
17:29 02.07.2018
Arxiv
391
Texnologiyanın yeni nailiyyəti olan aparat sayəsində insanlar unutduqları yuxunu xatırlaya biləcəklər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Massaçusets Texnoloji İnstitutunun fizioloqu Adam Horoviç icad etdiyi cihazın yuxunun müxtəlif mərhələlərində bioməlumatları qeydə aldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar tibdə hipnaqogiya adlanan oyaq vəziyyətdən dərin yuxu mərhələsində keçid zamanı yuxuda görüb unutduqlarımızı təkrar canlandırmağa kömək edəcək.
Tomas Edison, Nikola Tesla, Edqar Po və Salvador Dali kimi dahilər yuxunun bu fazasına sirayət etmək üçün sadə üsuldan – polad kürə formasında əşyadan istifadə ediblər. İnsanın dərin yuxuya daldığı zaman əlindən düşərək səs çıxaran bu alət hipnaqogik hallüsinasiyaları xatırlamağa kömək edirmiş.
"Dormio” adlandırılan yeni cihaz isə mobil telefona, yaxud robota qoşulur və yuxuya getdiyiniz zaman müəyyən sözlər tələffüz edir. Bu kəlmələr yuxugörmənin məzmununa təsir edə və yatmış adamı dərin yuxu vəziyyətindən çıxara bilər. Adam Horoviç əlavə edib: "Eksperiment zamanı biz "Jibo” robotunun köməyi ilə cihazın oyatdığı insanın yuxuda eşitdiyi sözləri qeydə aldıq və onların təkrar edildiyinin şahidi olduq. Suallara cavab verən bu insan bir neçə saniyə sonra yenidən dərin yuxuya daldı”.
Bu cihaz cəmi 15 nəfərin üzərində sınaqdan keçirilib, lakin tədqiqatçılar testlərin daha da genişləndirilməsi və "Dormio”nun yaxın gələcəkdə kütləvi satışa çıxarılmasını planlaşdırırlar. "Ömrümüzün üçdəbiri yuxuda keçir, amma alimlərin bu müddətdə baş verənlər haqqında məlumatı çox azdır. Ziqmund Freyd hesab edirdi ki, yuxugörmələr insanın gizli arzu və qorxularını əks etdirir. Monreal Universitetinin professoru Andonio Zadra isə yuxuda görüklərimizin 90 faizini unutduğumuzu və bunun insan psixologiyası üçün qorunma mexanizmi olduğunu iddia edir. Mən də hesab edirəm ki, yuxu prosesinə müdaxilə etmək bəzi etik normaların pozulması deməkdir. Lakin insanın yuxuda gördüklərini tam olaraq xatırlaması özünüdərk baxımından faydalı olacaq”, -deyə Adam Horoviç sözlərinə yekun vurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə