Zahid Oruc bir neçə vəzifə tutan məmurları və deputatları “vurdu”
09:23 01.02.2016
Arxiv
869
"İşğal olunmuş rayonlarımızın adlarının restoran, kafe və şadlıq evlərinə verilməsinin qarşısı alınmalıdır”. Modern.az saytı xəbər verir ki, bunu parlamentin iclasında deputat Zahid Oruc deyib.
"İşğaldan sonra biz acımızı kitablara, lentlərə, kinolara daşıdıq. Bir çox adamlar isə Şuşanın, Ağdamın, Xankəndinin adını şadlıq evlərinə, restoranlara, kiçik kafelərə köçürdülər. Bu müqəddəs adlar bəzən yolqırağı obyektlərə də verildi. Biz son dövr hər məsələni devalvasiyanın kontekstində anlamağa çalışmışıq. Amma məncə, bu, müqəddəs adları devalvasiya etdirməkdir. Biz Şuşa adını belə yerlərə qoymaqla, o restoranda açdığımız süfrə ilə başa vururuq. Bu, o adların nə qədər təhrikə uğraması ilə yanaşı, hədəflərə doğru gedib çatmağa ideloji, siyasi baxımdan bir maneədir”.
Deputat eyni zamanda qeyd edib ki, Baş Prokurorluğun tərkibində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu dəyişdirilməlidir.
"Bu yaxınlarda İdarənin illik hesabatı açıqlandı. 70 şəxs korrupsiya cinayətlərinə görə həbs edilib. Düşünürəm ki, bu qurum müstəqil fəaliyyət göstərməlidir”.
İcra hakimiyyətlərinin rəhbərləri barədə danışan deputat vurğulayıb ki, onlar dəyişdikcə, sahibkarların fəaliyyəti çətinləşir.
"İcra hakimiyyətlərinin rəhbərləri dəyişəndə rayonların siması dəyişir. Gələn köhnənin qəbul etdiyi qərarları ləğv edir. Bu, sahibkarlıq sinfi üçün çətindir. Rayonlara investisiya cəlb etmək üçün bu sahəyə diqqət yetirilməlidir və bu məsələyə yenidən baxılmalıdır ki, gələn icra başçısı köhnənin qərarlarını ləğv etməsin”.
Mənzil-istismar sahələri barədə danışan Zahid Oruc vurğulayıb ki, bu gün onların statusu qeyri-müəyyən qalıb.
"Onlar xüsusi bir iş görmür. Mənzilin kvadratına görə, nə qədər pul verib, ev alınır. Sonra onlara 50, hətta 100-200 manat haqq veririk. Sanki öz evimizdə kirayə qalırıq. Bu quruma büdcədən də nə qədər vəsait ayrılır. Düşünürəm ki, yeni idarəetmə sisteminə keçid lazımdır ki, dövlətin yükü azalsın”.
Zahid Oruc eyni zamanda bir neçə vəzifə daşıyan məmurlar məsələsinə də toxunub.
"Çingiz Abdullayev özü dörd vəzifəni daşıyır. Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, "əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?”.
Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır.
Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi