Zarafat deyil, gerçək: Keçi quzu doğdu





Muğlanın Seydikemer qəsəbəsində keçi quzu doğub. 
 Akpınar ailəsinin keçisi, 2 oğlaq və 1 quzu dünyaya gətirdi. Keçinin quzu doğması, böyük təəccübə səbəb oldu. Heyvanların sahibi Duran Akpınar, "Uşaqlığımdan bu yana keçilərə baxıram. Belə bir hadisəni ilk dəfə görürəm. Keçinin quzu doğması olacaq iş deyil, görməsəm, biri izah etsə idi inanmazdım. Keçi əvvəl iki bala verib. Bu dəfə 3 bala doğdu. 2-si oğlaq, biri də quzu olduğunu görüncə çox çaşdım. Baytar gəlib baxdı, sağlamlıq vəziyyətləri yaxşıdı dedi. Maraqlanıb gələnlər olur, həqiqətən də quzuymuş deyirlər. Hələ də çaşqınlıq içindəyəm"  deyir.

Heyvanların sağlamlıq vəziyyətlərini nəzarət edən baytar da çaşıb qalıb. Baytar həkim Behlül Küçüksoku, "Keçilərin sağlamlıq vəziyyətlərini bilmək məqsədi ilə  gəldim. Hər hansı bir problem yoxdur. Keçi quzunu əmizdirmirdi. Yardımçı oldum. Quzu və oğlaqlar çox sağlamdılar. Əvvəllər belə bir hadisənin şahidi olmamışdım. Keçinin quzu doğduğuna da ilk dəfə şahid oluram"deyə baytar bildirib.