Zaxarova ermənilərə işləyir

Moskva məsələni niyə indi açıb-ağardır?“İrəvan dəridən-qabıqdan çıxır ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi tətbiq edilsin və onlar bu yolla status-kvonu uzatsınlar”
"Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması ideyası Rusiyaya məxsusdur”. Bunu
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
XİN rəsmisinin sözlərinə görə, 2011-ci ildə Soçidə keçirilən görüşdə Rusiya münaqişə zonasında
silahlı insidentlərin araşdırılması mexanizmləri işlənib hazırlanması ideyası ilə çıxış edib:
"ATƏT-in Minsk Qrupunun həmsədrləri layihəni birlikdə hazırlayıblar. Vyana sammitində isə
bu işin sona çatdırılması haqqında razılıq əldə olunub. Lakin təəssüflər olsun ki, Sankt￾Peterburqda keçirilən sammitdə bu məsələ ilə bağlı razılıq əldə olunmayıb. Çünki Azərbaycan
tərəfi münaqişə bölgəsində hərbi insidentlərin araşdırılmasına ehtiyac olmadığını düşünür.
Həqiqətən, həmin anda münaqişə bölgəsində vəziyyət sabit idi. Ancaq hesab edirik ki, indi bu
məsələ aktualdır”. Ekspertlər sözügedən mexanizmi Ermənistanın maraqlarına xidmət edən amil
kimi dəyərləndirir. 
Zaxarovanın açıqlamasına münasibət bildirən "Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı
rayonların azad edilməməsi üçün əlindən gələni edir: 
"Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq Rusiyanın bu təkliflərini qəbul etməyib. Əks halda biz işğalçını təzyiq altında saxlaya bilməyəcəkdik. Mən bu təkliflərin Rusiyadan gəldiyini əvvəlcədən bilirdim. Sadəcə, məni başqa sual maraqlandırır. Moskva məsələni niyə indi açıb-ağardır? Faktiki bu açıqlama Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Çünki İrəvan dəridən-qabıqdan çıxır ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi tətbiq edilsin və onlar bu yolla status-kvonu
uzatsınlar. Digər tərəfdən Zaxarovanın açıqlamasını belə də oxumaq olar - "Bakı təklifimizi
qəbul etmədi. Bunun əvəzinə biz gələcək toqquşmanın qarşısını almaq üçün həm Ermənistana
"İsgəndər” raketləri verdik, həm də birgə qoşun birlikləri yaratdıq”. 
Politoloq Arzu Nağıyev də bildirib ki, Ermənistanın Rusiyanın forpostu olması bir sıra istiqamətlərdə özünü büruzə verir:
"Rusiya-Ermənistan birgə qoşunlarının yaradılması, silahlarla təchizat, Naxçıvan sərhədinə
qoşunların çıxarılması, bunların hamısı iki dövlətin əlaqələrinin istiqamətlərini göstərir.
Düşünürəm ki, Rusiya NATO ilə sərhədlərinin möhkəmləndirilməsi adı ilə burada olan
qoşunlarının leqallaşdırılması ilə məşğuldur. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin
yaranmasında keçmiş SSRİ-nin birbaşa rolu olub. Əgər Rusiya bu gün özünü onların varisi kimi
qələmə verirsə, hesab edirəm ki, münaqişənin həllində də müstəsna rol oynamalıdır”. Ekspertinsözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində addım atarsa, sanksiyaların onun üzərindən götürülməsi gündəmə gələ bilər: "Rusiya regionda güc sahibinin kim olduğunu
göstərməyə, KTMT-ni daha da gücləndirməyə çalışır. Həmçinin, NATO ilə sərhədlərini daha da
etibarlı vəziyyətə gətirmək istəyir”.
İsmayıl