Zaxaryeva razı qaldı: “Azərbaycan QDİƏT-ə sədrliyi layiqincə yerinə yetirib”




Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir.

Sherg.az-ın xəbərinə görə, iclasda Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın təbrik məktubu oxunub.

Nazir məktubunda bildirib ki, ən vacib məsələləri - iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək üçün, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə tövhə vermək lazımdır:

"Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdi. QDİƏT Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

Anar