Zelenski ilk xarici səfərini edəcək – Qərbi seçdi





Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilk xarici səfərini gerçəkləşdirəcək. O, iyunun 3-4 də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, 73 faiz səslə prezident seçilən V.Zelenski Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Görüş zamanı Ukrayna prezidenti ölkənin Şərqindəki təklükəsizlik məsələsi, Rusiya tərəfdarları olan separatçıların törətdikləri öldürücü konfliklər, bu mühribəyə son qoymaq üçün üçün beynəlxalq səylərin instensivləşməsi və Kiyevin həyata keçirmək istədiyi islahatlar ətrafında müzakirələr aparılacaq.

Tərcümə etdi : Ayyət Əhməd