Zəlimxan Məmmədliyə 2 ildir qadağa var
20:28 09.02.2016
Arxiv
931
İlqar Altay hüquqlarını müdafiə etdiyi şəxslə bağlı Gürcüstan Prezidentinə müraciət edib
Bir müddətdir ki, Gürcüstana buraxılması yasaqlanan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin məlum qadağaya dair işini araşdıran tanınmış hüquqşünas İlqar Altay sözügedən məsələ ilə bağlı Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə məktubla müraciət edib.
Sənəddə deyilir ki, Gürcüstanda doğulub böyümüş Z.Məmmədlinin doğmalarının yaşadığı ikinci vətəninə girişinə bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulan qadağa 2 ilə yaxındır davam edir. Və bu hal Azərbaycanda və Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ictimai rezonansa səbəb olub. Bundan başqa, iddia olunur ki, məsələ ilə əlaqədar edilən müraciətlərə Gürcüstan DİN-in iki rəsmi cavab sənədi hüquqi baxımdan biri-birini təkzib edir: "Yəni sözügedən qurum qadağaya səbəb kimi Gürcüstanın "xarici və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun 11-ci maddəsinin 1-ci bəndinin "e” kiçik bəndi göstərilib. Bu bənddəki maddə isə belədir: "... Əgər həmin şəxsin Gürcüstanda olması Gürcüstan dövlətçiliyinə, ya da ictimai asayişə, digər şəxslərin sağlamlığına, hüquqlarına və qanuni maraqlarının müdafiəsinə təhlükə yaradarsa...” Gürcüstan sərhəd-keçid məntəqəsindən ölkə içinə buraxılmadığı gün, yəni, 19. 02. 2014 tarixdə DİN patrul-polisinin Z.Məmmədliyə verdiyi "Ölkəyə girişə qadağa aktında” isə, tamam başqa bir səbəb göstərilib. Bundan başqa, əgər Z.Məmmədlinin Gürcüstandakı yaşam və fəaliyyətində DİN göstərdiyi əməllər olmuşsa, həmin qanun pozuntu faktları niyə göstərilmir və ona qarşı nə üçün vaxtında yerindəcə lazımi inzibati və ya cinayət təqibi qaydasında tədbirlər görülməyib? Beləliklə, Z.Məmmədlinin Gürcüstana buraxılması qadağasının rəsmi məntiqsiz və izaha uyğun olmayan əsassız iddialar üzərində qurulması ortlığa çıxır. Bu da təbii ki, qadağa qərarının hüquqi yox, siyasi qərəz müstəvisində verilməsinə zəmin yaradır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat