Zimbabve Prezidenti 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub
11:13 19.01.2019
Arxiv
299
Zimbabve Prezidenti Emmerson Mnanqaqva yanvarın 19-da Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
"Report" xəbər verir ki, burada ali qonağa "ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, Azərbaycanın ixtirası və brendi olan "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
"ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. "ASAN xidmət” mərkəzlərində insanlara müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər fəaliyyət göstərir.
Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve Respublikasının Prezidentinə nümayiş etdirilib.
Eyni zamanda, vurğulanıb ki, "ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu günədək 26 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb.
"ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin onda böyük maraq doğurduğunu vurğulayan Zimbabve Prezidenti Emmerson Mnanqaqva kollektivə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya
Paşinyan: Onlar rüsvayçı şəkildə məğlub olacaqlar
10:47 26.05.2026
Gündəm