“Ziyarətgahlarda qurban kəsmək məfhumu islamda yoxdur”
21:22 16.02.2016
Arxiv
2168
Hacı Atif İsmayılov: “Qurban duası yalnız bayram günü kəsilən heyvanlar üçün tələb olunandır”
Azərbaycanda müqəddəs ziyarətgahlar çoxdur və bu yerlərə ziyarətə gedənlərin sayı-hesabı da yoxdur. Bakı ətrafında yerləşən ziyarətgahlar əhalinin böyük əksəriyyətinin üz tutduğu məkanlardır. Bir çox insanlar həmin yerlərə həm də niyyət tutub nəzir aparır, qurbanlıq heyvanlar kəsir.
Bəzən elə kəsdikləri qurbanlıqları da həmin ziyarətgahlarda saxlanmasına və ya orada toplaşan aztəminatlı, kasıb şəxslərə paylamağa üstünlük verənlər də var. Amma bununla belə qurban kəsmək üçün ziyarətgaha üz tutanlar arasında onların işçilərinin fəaliyyətindən narazı qalanlar da var. Bu yaxınlarda dediyi nəzirin yerinə yetməsi münasibətilə Mirmövsüm ağanın ziyarətgahında qurban kəsmək üçün gedən bir vətəndaş ziyarətgah işçilərinin qurbanı kəsərkən dua oxumamasından narazılıq edib. Bu barədə ziyarətgah işçilərinə öz etirazını bildirsə də, həmin şəxslər bunun şikayətinə əhəmiyyət vermədən öz bildiklərinə davam ediblər. Bəs, əslində niyyət qurbanı necə kəsilməlidir? Bunun üçün qurban duasına ehtiyac var, ya yox?
İlahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, ziyarətgahlarda qurban kəsmək məfhumu islamdan kənardı. Müsəlmanların iki böyük bayramı var ki, onlardan biri Fitrə bayramı, digəri də Qurban bayramıdır: "Qurban kəsmək məfhumu isə məhz bayram günündə Həcc ziyarətində olan insanlar üçün vacibdir. Həccdən kənar qurban kəsib kasıblara paylamaq savabdır.
Yəni Həccdə olmayanlar üçün qurban kəsmək məcburi deyil, sadəcə bəyənilən əməldir. Onlar qurban kəsməkdə ixtiyar sahibidirlər. İmkanı olan şəxslər hətta bir neçə qurban kəsib paylaya bilər. Bu, həmin şəxsin ruzisinin artmasına, bərəkətli olmasına vəsilə olar. Qurban kəsmək həm də xeyriyyəçilik, yardımlaşma kimi əməllərin möhkəmləndirilməsinə xidmət edir, sosial bərabərliyi təbliğ edir, ictimai məsuliyyəti artırır”.
Hacı Atifin sözlərinə görə, Qurban bayramında kəsilən heyvan üçün qurban duasının oxunması özlüyündə savab və müstəhəb bir şeydir. Qalan günlərdə kəsilən heyvanlar isə bayram qurbanı sayılmır: "Onlar sədəqə xarakterli bir addımdır. Odur ki, qurban kəsən insanın Allaha yaxınlaşması üçün kəsdiyi heyvanın ətini kasıb insanlara paylaması kifayət edir. Burada hər hansı bir duanın oxunmasına, xüsusi bir qaydalara riayət olunmasına ehtiyac duyulmur. Yuxarıda da dediyim kimi, qurban duası yalnız bayram günü kəsilən heyvanlar üçün tələb olunandır. Adi günlərdə kəsilən qurban İsmayıl qurbanı sayılmadığı üçün hansısa bir ziyarətgahda və ya evdə kəsilməsindən asılı olmayaraq dua oxunması tələb olunmur. Bu, sadəcə bir insanın dediyi nəzirin yerinə yetməsi məqsədi ilə kəsilən qurbandır ki, bu zaman da "Bismillah” deməklə, üzü qibləyə kəsilməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat