İctimai dinləmələrin təşkilinə ekspert dəstəyi Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü çərçivəsində verilib. Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.
Təşəbbüs çərçivəsində ictimai dinləmələrin təşkilatçılarına vətəndaşların özləri tərəfindən ictimai dinləmənin təşkili və keçirilməsi prosedurları, qanunvericiliyin tələbləri öyrədilib. Təşkilat Komitələri özləri iki dəfə ictimai dinləmə keçirilməsini məşq (simulyasiya) ediblər. İştirakçılara vətəndaşların özlərinin təşəbbüsü ilə həyata keçirilə biləcək ictimai iştirakçılıq formaları barədə materiallar da verilib. Müzakirə mövzuları da Təşkilat Komitələri tərəfindən seçilib. İctimai dinləmələrin təşkili zamanı yerli icra hakimiyyəti və dövlət orqanları ilə sıx əməkdaşlıq edilib.
Layihə çərçivəsində, həmçinin Hacıqabul və Saatlı rayonlarında vətəndaşların özləri tərəfindən ictimai dinləmələrin keçirilməsinə dəstək veriləcək.
Eyni zamanda vətəndaşların, özləri tərəfindən İctimai Müzkirə və İctimai dinləmə keçirilməsi üçün Vizual rəhbərlik hazırlanacaq. İki vizaul rəhbərlikdə çox qısa formada (5 dəqdən çox olmamaq şərti ilə) video-qrafika vasitəsilə ictimai müzakirə və ictimai dinləmə keçilrməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblər əks etdiriləcək.
Hər iki vizual bələdçinin populyarlaşması və daha geniş auditoriyanı əhatə etməsi üçün İnternet TV, sosial şəbəkələr, populyar elektron KİV-də yayılacaq.