“Azərenerji”: "Ölkənin enerji təchizatında heç bir fasilə yaranmayıb"


Bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

“Azərenerji”dən "Sherg.az"a verilən məlumata görə, baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - məlumatda qeyd olunub.