Sabunçu rayonunda ilanlarla yaşayan insanlar var - VİDEO
10:33 04.08.2019
Cəmiyyət
724
“Sabunçu rayonu Elşən Mehdiyev küçəsindəyik. Paytaxtın mərkəzindən o qədər də uzaqda deyilik. Amma sakinlərin şikayəti bitib tükənmir. Gördüyünüz bu ərazidə yaşayış üçün vəziyyət çox acınacaqlıdır”.
Sakinlər dərdlərini belə anladır:
“Qışda palçıqdan, yayda toz, dumandan tərpənmək olmur. Yaşamaq mümkün deyil. Yol yox, zibil qabları yox. İnanın ağcaqanadların əlindən gündüzün günorta çağında nəfəs almaq mümkün deyil”.“Evdə ilan, qurbağa əlindən tərpənmək mümkün deyil. İsti bir yandan, toz-torpaq da süfrələrimizdədir. Biz elə həftə yoxdur ki, xəstəxanalara uşaq aparmayaq”.
“Uşaqlar gəzməyə yer tapmır. Özünüz baxın, burda insan yaşayarmı? 28 ildir eyni vəziyyət davam edir. Elə qurum yoxdur ki, ora müraciət etməyək. Bataqlıq, hündürlüyü evimizdən də böyük qamışlıq. Yaşamaq mümkün deyil”.“Özümüz yol çəkdirdik. Sonra burda su olmadığından su boruları çəkdilər. Yolu darmadağın etdilər. İndi nə bələdiyyə bizi dinləyir, nə də İcra Hakimiyyətinin nümayəndələri”.
Sakinlərdən ayrılıb, ətrafa kameramızın obyektivi ilə nəzər saldıq...
“Görünən dağa nə bələdçi?“ deyib, üz tutduq Sabunçu Rayon İcra hakimiyyətinə. Xeyli gözlədik ki, sakinləri maraqlandıran və bizi düşündürən suallara aydın gətirək. Məlum oldu ki, İcra Hakimiyyəti məsələdən xəbərdardır, amma suallarımızı cavablandıracaq kimsə ilə üzləşmədik. Dedilər ki, əraziyə Sabunçu Rayon Mənzil Kommunal Birliyinin nümayəndəsi ilə birgə gedin. Biz də səlahiyyətlilərin dediyi kimi, yenidən Elşən Mehdiyev küçəsinə yollandıq.Mənzil Kommunal İstismar Birliyinin əməkdaşı özünü təqdim etməkdən imtina etdi. Şifahi olaraq söz verdi ki, bizə bir gün vaxt verin, ərazini başına alan zibil bumundan əhalini xilas edək.Biz bir gün yox, düz iki gündən sonra sözü gedən əraziyə yollandıq. Ərazinin yalnız kiçik hissəsinə əl gəzdirilib, bir qalaq zibil toplanmışdı.“Bir neçə gün ötdü. Görünən mənzərə göz qabağındadır. Əslində iki gün öncə məhəlləni necə qoyub getmişdiksə, ondan bir az fərqli mənzərə ilə qarşılaşdıq. İndi siz qərar verin, illərlə təmizlik aparılmayan ərazini təmizləmək budurmu?”( APA TV)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edilib
11:27 10.01.2025
Hadisə
Taksi sifarişləri 32 faiz azalıb - AYNA sədri
11:20 10.01.2025
Cəmiyyət
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - RƏY
11:07 10.01.2025
Gündəm
ABŞ İrana hücuma keçməlidir - Trampın müşaviri
10:40 10.01.2025
Dünya
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
10:34 10.01.2025
Hadisə
Netanyahu İrana üçüncü hücuma hazırlaşır: iclas keçirdi
10:20 10.01.2025
Dünya
Polisə tabe olmayan sürücü həbs edilib
10:14 10.01.2025
Hadisə
Tramp: Putinlə görüşə hazırlıq gedir
10:07 10.01.2025
Dünya
Şahbaz Şərif Azərbaycana gəlir
09:50 10.01.2025
Siyasət
BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
09:44 10.01.2025
İqtisadiyyat
Ukraynadan gətirilən mal əti 11 manata satılır
09:37 10.01.2025
Aktual
İranda 4,1 bal gücündə zəlzələ baş verib
09:30 10.01.2025
Region
Ağstafada qadın qadını öldürdü
09:23 10.01.2025
Hadisə
Astarada küçədə meyit tapılıb
09:16 10.01.2025
Hadisə
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - TƏHLİL
09:09 10.01.2025
Gündəm
Abşeronda kişi dəm qazından boğulub
09:02 10.01.2025
Hadisə
Gün gələcək...
08:41 10.01.2025
Cəmiyyət
“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır
08:19 10.01.2025
İdman
Azərbaycan dünyada bir çox dərin layları tərpədib - ŞƏRH
07:57 10.01.2025
Siyasət
Hər gün içki içənlərdə kardiomiopatiya yaranır
07:29 10.01.2025
Sağlamlıq
Norveç qaz hasilatını 2024-cü ildə rekord həddə çatdıracaq
06:50 10.01.2025
İqtisadiyyat
"Gürcü Arzusu" Trampa bel bağlamasın! - Politoloq
06:32 10.01.2025
Gündəm
Suriya məsələsində Trampa etibar etmək olmaz - RƏY
05:47 10.01.2025
Siyasət