"Əhalinin 90 faizinin elmi tədbirlərdə iştirak etmək imkanı yoxdur, ancaq telekanallar vasitəsi ilə hər bir evə girmək mümkündür”
“Azərbaycan xaqlı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq qalıb”. Bunu “Sherg.az”a açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib.
Ekspertin sözlərinə görə, maariflənmə işində Dini Komitənin böyük rolu var:
“Əfsuslar olsun ki, bəzi kənar müdaxilələr nəticəsində dini bayramların mahiyyəti, ənənəvi dəyərlər təhrifə uğrayır, öz istiqamətini itirir. Bu cür problemlərin qarşısının alınmasının yeganə yolu maariflənmə işinin güclü şəkildə aparılmasıdır. İlahiyyatçılar həm Qurban, həm də Ramazan bayramlarında xüsusi moizələrlə həmin günlərin əhəmiyyətini anlatmalıdırlar. Əgər Qurban bayramının mahiyyəti Allah yolunda kasıblara, yoxsullara əl tutmaq, kəsilən heyvanlardan pay verməkdirsə, bunu fərqli tərəfə çəkmək yolverilməzdir. Yaxşı olar ki, Bakıda keçirilən belə tədbirlər respublikanın bir çox bölgələrində də təşkil olunsun”.
İlahiyyatçının fikrincə, maariflənmə işində KİV-lərin üzərinə böyük yük düşür:
“Xüsusən, televiziyalar ilahiyyatçıların iştirakı ilə Qurban bayramı haqda verilişlər hazırlamalıdır. Əfsuslar olsun ki, hazırda televiziya kanallarında dini maariflənmə ilə bağlı proqramlar həddindən artıq azdır. Halbuki televiziyaların cəmiyyət üzərində təsiri böyükdür. Nəzərə alaq ki, əhalinin 90 faizinin elmi tədbirlərdə iştirak etmək imkanı yoxdur. Ancaq telekanallar vasitəsi ilə hər bir evə girmək mümkündür”.
A.İsmayılov bildirib ki, həqiqəti bilməyən insanların başqa yollara meyl etməsi nisbətən asan olur:
“Ölkənin elə ucqar yerləri var ki, orada yayaşanlar Qurban bayramı haqda bilgiyə sahib deyillər. Bəzi yerlərdə bayram günü kəsilən heyvanlar üzərində arzuolunmaz alqı-satqı prosesi həyata keçirilir. Bunlar doğru deyil. Bayram günü imkanı olan şəxslərin, yaxud da 5-6 orta imkanlı ailələrin birlikdə heyvan kəsib ehtiyac sahiblərinə paylaması daha məqbuldur. Hesab edirəm ki, güclü maariflənmə işini qura bilsək, qeyri-ənənəvi və radikal ünsürlər topluma nüfuz edə bilməyəcək. Həmçinin, digər neqativ halların da şahidi olmayacağıq”.
Televiziyalar Qurban bayramı haqda verilişlər hazırlamalıdır
14:43 08.08.2019
Cəmiyyət
763
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb
15:38 10.01.2025
İdman
Azərbaycanda ötən ay 7 nəfər zəhərlənmədən ölüb
15:12 10.01.2025
Sağlamlıq
Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım - FOTO
15:06 10.01.2025
Cəmiyyət
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb
14:50 10.01.2025
Ekologiya
Ekspert: Bir çox ərazilərdə tramvayların hərəkəti bərpa olunacaq
14:46 10.01.2025
Cəmiyyət
Yanvar ayının təqaüdləri ödənilib
14:40 10.01.2025
Sosial
Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər
14:29 10.01.2025
Cəmiyyət
Psixopatları başa düşməyin ən asan yolu: Əksəriyyəti subay olur
14:17 10.01.2025
Sağlamlıq
Zurabişvili: Gürcü xalqının prezidenti olaraq qalıram
14:15 10.01.2025
Region
Bella Hadidin uşaqlığının keçdiyi ev kül oldu
14:09 10.01.2025
Gündəm
Bakıya QAR GƏLİR: Tarix bəlli oldu
14:04 10.01.2025
Ekologiya
Belçika Kralı İlham Əliyevə başsağlığı verib
13:52 10.01.2025
Siyasət