Bakıda qadın ərəb turisti qarət etdi


Paytaxtda oğurluq hadisəsi baş verib. “Report” bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib.

O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən "Renaissance Palace Hotel"ə Fidan adlı qadını çağırıb. Qadın oteli tərk etdikdən sonra onun dəyəri 500 manat olan qol saatını oğurlayıb.

Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.