Qaxda çaqqal qadını dişlədi


Qaxda fındıq yığan 57 yaşlı qadını çaqqal dişləyib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Əlibəyli kəndində baş verib.

Kənd sakini 57 yaşlı Liya Baraxaşvili fındıq bağında fındıq yığarkən çaqqal ona hücum çəkib və qadının sol bud nahiyəsindən dişləyib.

Yaralını Qax Rayon Mərkəzi Xəstəxanasına aparılan xəstəyə ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub və o,ambulator müayinə üçün evə buraxılıb.