Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.