Ölkəmizdə talassemiya geni daşıyıcıları kifayət qədər çoxdur - Professor
16:26 04.09.2019
Cəmiyyət
434
2015-ci il iyunun 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılması tətbiq edilir. Həmin ildən bu günə kimi evlənmək istəyən 20 548 nəfərdə talassemiya daşıyıcılığı, 1866 nəfərdə sifilis xəstəliyi, 542 nəfərdə İİV/QİÇS, aşkar edilib.
Bu ilin yanvar-avqust ayları ərzində isə 92 340 nəfər qan müayinəsinə cəlb olunub. Onların 2313 nəfərində talassemiya daşıyıcılığı, 94 nəfərində İİV/QICS, 142 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.
Təbii ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirlməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır.
Nikahdan öncə müayinələrin keçirilməsinin faydalı olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a söyləyib ki, buna baxmayaraq həmin müayinələr yetərli deyil.
Professorun fikrincə, əhalinin sağlamlığı üçün müəyyən proqramların hazırlanmasına ehtiyac var:
“Düşünürəm ki, ölkəmizdə insanların sağlamlığını qorumasında xeyli problemlər var. Bu gün Azərbaycan səhiyyəsi ya keçmiş sovet, ya da qərb səhiyyəsi deyil. Məsələn, talassemiya xəstəliyi ilə bağlı talassemiya mərkəzi açıldı və müəyyən işlər görüldü. Amma yaxşı olardı ki, insanların bir qisminin yoxlanışı keçirilərdi, onların içərisində virus hepattiti, HİV və talassemiya daşıyıcıları aşkar olunardı. Bölgə və kəndlərdə boş-boş labaratoriyalar, müxtəlif diaqnostik mərkəzləri tikdirincə, bu müayinələr ciddi və ətraflı aparılmalı idi. Hansı ki, tikilən həmin mərkəzlərin çoxu heç normal işləmir”.
A.Qeybulla qeyd edib ki, xəstəliklər, təsadüfən, hansısa müayinə və əməliyyatlarda, həmçinin nikah müayinələrində ortaya çıxır:
“Amma aşkar olunan hər bir situasiya fərqli dəyərləndirilməlidir. Ölkəmizdə talassemiya geni daşıyıcıları kifayət qədər çoxdur. Bu əslində Aralıq Dənizi sahillərində geniş yayılmış bir patalogiyadır. Həmçinin ölkəmizdə də var. Bu patalogiyanın artmaması və gələcək nəsillərə daşınmaması üçün proqramlar düşünməliyik. Genefondun sağlamlığı üçün ciddi tədbirlər görmək lazımdır. Bu, ən vacib məsələdir. İstənilən dövlətin əsas funskiyalarından biri məhz bundan ibarət olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evim kül oldu, yaxşı xəbər odur ki… - Mel Gibson
13:36 11.01.2025
Şou
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
13:00 11.01.2025
Ekologiya
Ankaradan Ukrayna ilə bağlı açıqlama
12:40 11.01.2025
Dünya
Bələdiyyə seçkilərində 16 128 namizəd mübarizə aparacaq
12:06 11.01.2025
Siyasət
Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin çapına başlanılıb
11:51 11.01.2025
Siyasət
Masallıda 30 yaşlı qız zəhərlənərək öldü
11:33 11.01.2025
Hadisə
Bu ölkə Rusiyadan Su-57 qırıcıları alır
11:17 11.01.2025
Dünya
Göyçayda “BMW” piyadanı vuraraq öldürüb
10:28 11.01.2025
Hadisə
Bu şəxslərə yeni mənzillər veriləcək
10:12 11.01.2025
Sosial
Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
10:00 11.01.2025
Hadisə
Baltikdə kabel təxribatı: NATO iki gəmi göndərir...
09:32 11.01.2025
Dünya
Azərbaycan XİN ABŞ-a başsağlığı verib
09:18 11.01.2025
Siyasət
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib
09:06 11.01.2025
Siyasət
"O Səs Türkiyə 2025"-in münsif heyəti dəqiqləşib
06:05 11.01.2025
Şou
Rusiya 2 saatda 7 PUA-nı məhv etdi
04:37 11.01.2025
Hərbi
Televizor bir yaşlı uşağı şikəst etdi
03:43 11.01.2025
Hadisə
Bu pendir yaddaşı gücləndirir
02:38 11.01.2025
Sağlamlıq
Bayden Los-Anceles yanğınlarını müharibə zonası ilə müqayisə edib
01:55 11.01.2025
Gündəm
Bayden və Zelenski arasında telefon danışığı baş tutub
01:43 11.01.2025
Dünya