Qarayaraya yoluxanlardan yeni xəbər var


Bir müddət əvvəl Sabirabad rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyətini həkimlər yaxşı qiymətləndirir.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərin sentyabrın 20-21-də evə buraxılacaqları gözlənilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Onu da qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər də qarayaraya yoluxmuş, onlardan biri iyulun 29-da dünyasını dəyişib.