Əhaliyə saxta balla bağlı xəbərdarlıq edilib


“Onlar insanları aldadırlar ki, müəyyən bürokratik maneələr olduğundan yarmarkaya buraxılmayıblar”


 Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC əhaliyə saxta balla bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova əhalini yarmarka ətrafında keyfiyyətsiz bal satanlara inanmamağa səsləyib. L.Məmmədova bildirib ki, hər il Bal yarmarkasının ətrafında keyfiyyətsiz bal satışı hallarına rast gəlinir: "Onlar insanları aldadırlar ki, müəyyən bürokratik maneələr olduğundan yarmarkaya buraxılmayıblar. Ona görə də balı əllərində, yarmarkanın ətrafında satmağa məcbur olurlar. Biz istehlakçıları belə işbazlara aldanmamağa səsləyirik".

L.Məmmədova bildirib ki, bal yarmarkasında satılan balların keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nümayəndələri tərəfindən ciddi şəkildə yoxlanılır. Buna görə də yarmarkada keyfiyyəti aşağı olan balın satılması mümkün olmayacaq.