Deputatın təklifi alqışlandı:“İctimai nəqliyyat məktəblilər üçün ödənişsiz olsa...”


Məktəblilər üçün ictimai nəqliyyat ödənişsiz olmalıdır. Bu təklifi millət vəkili Fazil Mustafa irəli sürüb. Deputat bildirib ki, avtobus sürücüləri üzərində məktəbli geyimi olan bütün şagirdlərdən ödəniş götürməməlidir.

Qeyd edək ki, parlament üzvünün məlum təşəbbüsü cəmiyyətdə və eləcə də sosial mediada yüksək dəyərləndirilib. 

Məsələyə münasibət bildirən millət vəkili Araz Əlizadə“Sherg.az”a həmkarının təklifini dəstəklədiyini söylədi:



“Bu, çox münasib bir təklifdir. Fazil Mustafa fikirlərində haqlıdır. İctimai nəqliyyatdan istifadə  məktəblilər üçün ödənişsiz olsa, yaxşı olar. Amma burda bir məsələ var. Hazırda Azərbaycanda ictimai nəqliyyatın əksəriyyəti şəxsi mülkiyyətdir.

Dövlət bunu necə kompensasiya edəcək? Əsas bu amilin mexanizmini fikirləşmək lazımdır. Lakin bir daha qeyd edirəm, Fazil Mustafanın təşəbbüsü alqışalayiqdir”.