Deputatdan təklif: "Çoxuşaqlı ailələrə verilən müavinət artırılsın"

Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur. Millət vəkilləri hökumətə təklif və iradlarını səsləndirirlər.

Sherg.az-ın xəbərinə görə millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasını təklif edib:

"Mümkün olduğu qədər də müavinətlər bir az da artırılsın.  Çoxuşaqlı ailələrin rifahını bununla yaxşılaşdırmaq olar. Eyni zamanda güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmalıdır. Bununla yanaşı hesab edirəm ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var. Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur".