Saxta nikah bağladığı qadın azərbaycanlını ifşa etdi

Rusiyanın Oleneqorsk şəhərində azərbaycanlının fırıldağı üzə çıxıb. Oxu.Az xəbər verir ki, 53 yaşlı azərbaycanlı Rusiyada müvəqqəti yaşamaq icazəsi ala bilmək üçün 39 yaşlı Rusiya vətəndaşı ilə saxta nikah bağlayıb.

Sonradan cütlüyün arasında mübahisə düşdüyündən qadın azərbayanlını qeydiyyatdan çıxarmaq qərarına gəlib.

Bu səbəbdən o, Miqrasiya İdarəsinə müraciət edərək saxta nikah bağladıqlarını bildirib.

Şəhər Prokurorluğu bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb.

Məhkəmədə şahidlər, rusiyalı qadının, əslində, başqa kişi ilə yaşadığı, azərbaycanlı ilə ailə münasibəti olmadığını deyiblər.

Məhkəmə prosesində prokuror tərəflərin ailə qurmaq məqsədi olmadığını, azərbaycanın Rusiya ərazisində yaşamaq üçün nikaha girdiyini sübut edib.