Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb

Bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələrində 46898 nikah və 12713 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.