Dövlət Komitəsinin sədri: Erkən nikahların sayı azalıb

18 yaşadək nikaha girən qızların sayında ən yüksək artım 2011-ci ildə qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Sədr qeyd edib ki, həmin dövrdə erkən ailə quran qızların sayı 5138 olub:

“2018-ci ildə isə bu rəqəm 338 olub. Eyni zamanda, 2012-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392, 2018-ci ildə bu 2129 olub”.