Ermənilər bu kəndimizi atəşə tutdu: evlərə ziyan dəydi


Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenə pozub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Sherg.az"a daxil olan məlumata əsasən, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

Düşmən təxribatının qarşısı alınıb. Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.