TƏBİB sədrindən koronavirusla bağlı qorxulu PROQNOZ

“Bütün dünya ölkələri əhalini sərt karantin rejimindən çox, bu virusla birgə yaşamağa alışdırır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, biz virusla birgə yaşamalıyıq:

“Bütün tədbirlərə baxmayaraq, virus bizimlə qalacaq. Yaxın bir il ərzində vaksinin əldə edilməsi görünmür. Antivirus dərman da yoxdur. Bu baxımdan, biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.