Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ


“Azərbaycanda zabitlər arasında az halda koronavirusa yoluxma qeydə alınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, orduda əks-epidemik tədbirlər davamlı olaraq həyata keçirilir.