ABŞ-da koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib

ABŞ-da 1 505 033 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar edilib.
"Sherg.az"Trend-ə istinadən bildirir ki, bu barədə dünya statistikasında ixtisaslaşan "Worldometer" portalı bildirib.
ABŞ-da koronavirus qurbanlarının sayı sutkada min nəfərdən çox artaraq 89 511-ə çatıb.
Ölüm səviyyəsi 1 milyon əhaliyə 271 nəfər təşkil edib. 337 840 nəfər sağalıb.