Arxayınlaşmayaq ! - “Virusla bərabər yaşayırıq və buna öyrəşməliyik!

“Hələ uzun zaman belə olacaq. Çünki hələki bu virusun vaksini yoxdur və onunla bərab yaşamağı öyrənməliyik”

“Vətəndaşlarımızdan da  xahiş edirəm ki, sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etsinlər”



Azərbaycan COVID-19 pandemiyası ilə uğurlu mübarizə aparan ölkələrdəndir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Azərbaycan həm pandemiyanın ilk mərhələsində operativ tədbirlər gördü, bütün lazımi məhdudlaşdırıcı addımları atdı, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirdilər.

Pandemiyaya qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri barədə “Sherg.az”ın suallarını cavablandıran Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi tədbiq edildi və mərhələli şəkildə sərtləşdirildi:

“Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Cənab Prezident bu mübarizədə öz vətəndaşının sağlamlığının seçdi., bu virusun ölkəmizə verə biləcəyi zərəri minimumam endirmək üçün ciddi siyasi iradə ortaya qoydu və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər verdi. Yəni dövlət əlindən gələni etdi.

Karantin dövrü ərzində vətəndaşlara olan bütün müraciətlərdə mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur.  Prezident Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevə də dəfələrlə ölkə vətəndaşlarına müraciət edərək, onları özünüizolyasiya qaydalarına riayət etməyə çağırıblar.

Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağrışına uyğun olaraq həmrəylik göstərdilər. Və nəticədə biz müsbət statistikaını müşahidə etdik.

Amma çox təəssüf ki, aprelin 27-dən həyata keçirilməyə başlayan karatin rejiminin mərhələli yumşaldılması insanların bir çoxunda arxayınlıq hissi yaratdı və onların tələb olunan qaydalara əməl etməməsi, məsuliyyətsizliyi üzündən virusa yoluxanların sayı artmağa başladı və virusa yoluxanlarla sağalanların nisbəti yoluxanların xeyirinə dəyişməyə başladı. Millət vəkili bildirdi ki, yaranmış şərait ona səbəb oldu ki, “AR İnzibati Xətalar Məcəlləsi haqqında" qanuna dəyişiklik edildi və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr təsdiq edildi.

Dəyişikliyə əsasən, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. Müşahidələr göstərdi ki, maska taxanların sayı artmağa başladı.

Lakin təəssüflə bildirməliyəm ki, karantin qaydalarının vətəndaşlar tərəfindən pozulması, bir qurup insanların məsuliyyətsizliyi, guyaki pandemiyaya inmaması virusa yoluxanların sayının sürətlə artmasına səbəb  gətirib çıxartdı. Son 10 gündə virusa yoluxanların gündəlik sayı 300-ü keçdi və son həftədə bu rəqəm 1000 nəfərə çatdı. Bu templə gedərsə, virus qarşısı alınmaz həddə çatacaq. Bu baxımdan əlavə tədbirlərin görülməsinə çox böyük ehtiyaclar var idi.

Artıq virusa yoluxma 3 rəqəmlə ifadə olur. Məsuliyyətsizliyin nəticəsi göz qabağındadır. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı və (5 -6 iyun)  həftə sonu evdən çıxma qadağası tətbiq edildi. Qeyd etmək lazımdır ki, şənbə və bazar günlərində vətəndaşlara evdən çıxma qadağası qardaş Türkiyə Cümhuriyyətində sınaqdan çıxıb və müsbət nəticələr əldə edilib. Tətbiq edilmiş qaydalar bütün Azərbaycan xalqının sağlamlığının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir, buna görə də bu qərarlara riayət etmək vətəndaşlıq borcumuzdur.

Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına deyil, bizim hamımızın sağlamlığına təhlükə gətirə bilər. Buna görə də pandemiya ilə mübarizənin əsas şərtlərindən biri tətbiq edilmiş qaydalara qeyri-şərtsiz riayət etməkdir. Sevindirici haldır ki, vətəndaşların böyük əksəriyyəti şənbə və bazar günü qadağalarına riayət etdi. Çünki başa düşürdülər ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunması üçündür.
Artıq bildiyimiz kimi, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Bu qadağalarda məqsəd vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Bu tədbirlər qaçılmazdır. Ancaq tələb olunan qaydalara, göstərişlərə riayət edərək, virusa qalib gələ bilərik”, deputat Tamam Cəfərova qeyd etdi.

Deputat qeyd etdi ki, karantin rejiminin yumşaldılması virusun yox olması anlamına gəlmir:

“Biz arxayınlaşmamalıyıq və nəzərə almalıyıq ki, biz virusla bərabər yaşayırıq və buna öyrəşməliyik. Hələ uzun zaman belə olacaq. Çünki hələki bu virusun vaksini yoxdur və onunla bərab yaşamağı öyrənməliyik.
Vətəndaşlarımızdan da  xahiş edirəm ki, sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etsinlər. Bununla da vətəndaşlar həm özlərinin, həm ailələrinin sağlamlığını qoruyacaq, həm də dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqlar.
Tamam Cəfərova vətəndaşlara çağırış edərək bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır: 

“Həmvətənlərimi ölkəmiz üçün belə çətin günlərdə maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm. Ümumiyyətlə, bu virusla hər iki tərəf, yəni dövlət və cəmiyyət birlikdə mübarizə aparmalıdır. Dövlətimiz üzərinə düşən vəzifəni qətiyyətlə yerinə yetirir, vətəndaşlar da üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli, öz məsuliyyətlərini dərk etməlidirlər.
Əgər vətəndaşlarımız qaydalara riayət etməsələr, böyük itkilər qaçılmazdır. Mübarizənin yeganə yolu özünüizolyasiya və şəxsi gigiena qaydalarının gücləndirilməsidir.

Ölkəmiz üçün belə çətin günlərdə vətəndaşları maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə dəvət edirəm. Biz ancaq birlikdə, həmrəy olaraq qorxulu düşmənə-pandemiyaya qalib gələ bilərik. Güc birlikdədir.
Gəlin bu mübarizədə həmrəy olaq, dövlətimizin yanında olaq və bu bəlaya birlikdə qalib gələk. Cənab Prezidentin dediyi kimi, biz birlikdə güclüyük!