İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Sözügedən videokonfransı yüksək dəyərləndirən millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında “Microsoft” şirkətinin Azərbaycanla əməkdaşlıq potensialının yüksək olduğunu deyib. Deputat “Microsoft” şirkətinin nümayəndələri ilə keçirilən görüşün ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli olduğunu deyib:
"Dünyanın ən böyük 10 şirkətindən biri hesab olunan "Microsoft"un ÜDM-i 125 milyard dollardır. Bu cür beynəlxalq əhəmiyyətli şirkətləə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəfin xeyrinədir.
Ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcəkdir. Rəqəmsal strategiya həyatımızın hər bir sahəsini elektronlaşdırılmasına imkan verəcəkdir. Ölkəmiz süni intelektdən daha geniş istifadə etnmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategia üzərində işləyir. Microsoft şirkəti yaxın zamnda süni intelekt platformasının Azərbaycan dilini dərk edilməsi üzərində işləyir.
Bu da Azərbaycanı öz dilini süni intelektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcəkdir. Kibertəhlükəsizlik bizim üçün hər zaman aktualdır. Ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlardan qorunmasını aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaqdır".
Deputatın sözlərinə görə, "Microsoft” şirkətinin rəhbər şəxsləri ilə keçirilən görüşdə diqqət çəkən mövzulardan biri də süni intelekt üzərində qurulmuş Silkon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir:
"Hesab edirəm ki, nəzərdə tutulmuş Avropanı-Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcəkdir. Ona görə də kibertəhlükəsizlik məsələsində “Microsoft” şirkəti ilə əməkdaşlıq perspiktivlərimiz genişdir. Dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir zamanda iqtisadiyyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulmasını aktuallaşdırır. Bu, məsafədən idarəetmə və distant təhsil məsələləridir.
Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyimizə hazır olmalıyıq. Yəni qeyd etdiyim bütün məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın Microsoft şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir".