Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Bakının Pirallahı rayonundan şəhid anası Xatirə Əliyevanın ölkə başçısına məktubunda deyilir:
“Hörmətli cənab Prezident, şəhid ailələrinə, Qarabağ qazilərinə, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı bizim həyatımızda misilsiz rol oynayır. Sizin bu qayğıkeş münasibətinizdən digərləri ibrət götürürlər. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, lazımi tədbirlər görülür. Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən Vətən uğrunda bir oğul itirsəm də, əvəzində minlərlə oğul qazanmışam və bununla fəxr edirəm. Başda Siz olmaqla, şəhid ruhuna və şəhid anasına böyük hörmət və ehtiram bəsləyən hər kəsə alqış və dua edirəm. Ömrünüz uzun olsun!”.