Vergi və Sığorta üzrə qanunvericilikdəki dəyişikliklər müzakirə olundu...

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsində və Sosial Sığorta haqqında qanununda edilmiş dəyişikliklərin tətbiqinin vəziyyət ilə bağlı Sputnik Azərbaycanda çıxış edib.

O, ilk növbədə Pandemiya ilə bağlı Vergi və Sığorta üzrə qanunvericilikdə edilmiş dəyişikliklərin zərurəti barədə danışdıqdan sonra bu dəyişikliklərin mikro, orta və iri sahibkarlıq subyektlərinə təsirindən danışdı.

Belə ki, sadələşdirilmiş, mənfəət (gəlir) vergisi ödəyiciləri olan mikrosahibkarlıq subyektlərinə vergi ilə bağlı verilmiş güzəştlərin mahiyyəti və tətbiqi qaydaları haqqında məlumat verdi.


O qeyd etdi ki, bütün sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlar 2020-ci ildə 2 faiz əvəzinə 1 faiz sadələşdirilmiş vergi ödəyəcəklər. Pandemiyadan zərər çəkmiş mənfəət (gəlir) vergisi ödəyiciləri isə 2020-ci il ərzində cari (rüblük) mənfəət (gəlir) vergisi ödəmədən azad edilərək onu 2021-ci ildən başlayaraq ödəyəcəklər. Həmçinin fərdi sahibkarlıq subyektləri DSMF ödənişinin faizləri üzrə də müəyyən güzəştlər əldə etmişlər. belə ki, ticarət və tikinti sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar 50 faiz güzəşt əldə edərək 2020-ci il ırzində aylıq 125 manat deyil, 67,5AZN, digər sahələrdə fəaliyyət göstərən sahibkarlar isə aylıq 67,50 deyil, 37,50 AZN sığorta haqqı ödəyəcəklər. qeyd edək ki, bu məbləğlər həmçinin regionlar üzrə də  diferensial şəkildə tətbiq olunacaqdır.R.Fətullayev həmçinin kiçik, orta və iri sahibkarlıq subyektlərinin əldə etdiyi güzəştlər barədə də danışdı. Belə ki, o qeyd etdi ki, onlar 2020-ci il üzrə mənfəət vergisini 75 faiz güzəştlə ödəyəcəklər.