Yaqut Qarayeva: Karantin tədbirləri sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb


Ölkədə sərtləşdirilmiş karantin tədbirləri sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni modul tipli xəstəxanaların açılması nəticəsində çarpayı fondu artıb:

"Hər il olduğu kimi, bu il də kəskin respirator virus infeksiyasına yoluxma hallarında artım gözlənilir: "Biz buna hazır olmalıyıq. Yumşaldılmaya getməyimizə baxmayaraq, maskalardan istifadəyə, əl gigiyenasına əməl edilməlidir".