Ermənistanda koronavirusdan ölənlərin sayı 770-ə çatdı

Ermənistanda son sutkada daha 288 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 2 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 770 nəfər olub.