Əhali arasında seroloji testlər keçiriləcək –  İmmunitet yoxlanılacaq !

“COVİD-19-a qarşı mübarizə məqsədilə yaxma üsulundan və seroloji testlərdən istifadə olunur”


COVİD-19 xəstəliyinə qarşı immunitetin kütləvi yoxlanılması məqsədilə əhali arasında seroloji testlər keçiriləcək. Layihənin icrası üçün  statistik təhlil və tədqiqat qrupu,  tədqiqat nəticələrinin tibbi şərhləndirilməsi üçün həkim-tibbi ekspert qrupu və testlərin keçirilməsində bilavasitə əməliyyatçı qruplar cəlb edilməlidir. Layihənin icrasına avqust ayının ilk həftəsindən başlamaq və ayın sonunda testləri yekunlaşdırmaq, sentyabr ayının ilk on günlüyündə isə hesabat təqdim etmək mümkündür.



Əldə ediləcək nəticələrdən və strateji hədəfdən asılı olaraq, layihə növbəti aylarda da təkrarlana bilər. Qeyd edək ki, sakinlərin test olunmağa razılıq səviyyəsi arzu olunandan daha aşağı olarsa, tədqiqatın keyfiyyətinə mənfi təsir etməmək şərtilə, müxtəlif maddi təşviq alətləri təklif edilə bilər. 

 Bu barədə “Sherg.az”a fikrini bildirən həkim-pediatr Vaqif Qarayev təəccüblü bir məqamın olmadığını deyib:

“Hər şey protokola əsasən aparılır. Bu, təkcə Azərbaycanda yox,. COVİD-19-a qarşı mübarizə məqsədilə yaxma üsulundan və seroloji testlərdən istifadə olunur”.