Xəzərdə təhlükə: Bakıda çirkab suları dənizə axıdılır - AÇIQLAMA

Bakının Sabunçu rayonu, Pirşağı kəndində kanalizasiya suları Xəzər dənizinə axıdılır.
Çirkab sularının dənizə axıdılmasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın müxbiri “Azərsu” ASC ilə əlaqə saxlayıb.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, Pirşağı kəndində kanalizasiya infrastrukturu mövcud deyil:

“İnsanlar xüsusi borular vasitəsilə xətt çəkərək, kanalizasiya sularını dənizə axıdırlar. Orada ASC-nin kanalizasiya xətti yoxdur. Gələcəkdə həmin ərazidə kanalizasiya sisteminin qurulması ASC-nin baş planında nəzərdə tutulub.

Bu, dövlət investisiyaları hesabına mərhələli şəkildə həyata keçirilir. Vəsait ayrılan zaman işlər görüləcək”.