Keçmiş deputatın səhhətindən xəbər var: “...Dəyişiklik müşahidə olunmur”

"Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş millət vəkili  Araz Əlizadə koronavirusla bağlı müalicəsini davam etdirir". 
"Bu barədə “Sherg.az”a A.Əlizadənin sabiq köməkçisi Günel Babayeva məlumat verib.
O qeyd edib ki, hazırda Araz müəllimin səhhətində ciddi bir dəyişiklik müşahidə olunmur:



"Yenə də xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta-stabil olaraq qalır”.

Qeyd edək ki, A.Əlizadə bir müddətdir, koronavirusa yoluxub. O “Yeni klinika”ya yerləşdirilib.