Hərbi qulluqçulara ali hərbi rütbələr və fəxri adlar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
"Sherg.az"ın məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova
general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə
general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova
polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə, tibb xidməti polkovnik-leytenantı Hacıyeva Tünzalə Əşir qızı “Əməkdar həkim”, baş gizir Ələkbərzadə Rəna Kamil qızı “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər.