İsa Həbibbəyli də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası qurumun birinci vitse-prezidenti İsa Həbibbəyli ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir:
“İsa Həbibbəyli 18 avqustda, saat 13:00-da Bakıdan Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana uçub və 24 avqustadək orada qalıb”.