“Titanik” filminin məşhur mahnısının müəllifi vəfat edib


“Titanik” filmində səslənən “My heart will go on” mahnısının sözlərinin müəllifi, bəstəkar Uill Cenninqs 80 yaşında ABŞ-da vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Amerikalı bəstəkar Texas ştatının Tayler şəhərindəki evində vəfat edib.

Qeyd edək ki, Cenninqs iki dəfə “Oskar”, üç dəfə “Qremmi” və iki dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb.