Samuxda iki avtomobil toqquşub, ölən var

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.
Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.