Mirmahmud Mirəlioğlu yol qəzasına düşüb 

Sentyabrın 7-si axşam saatlarında KXCP-nin sədri Mimahmud Mirəlioğlunun da olduğu avtomobil qəzaya uğrayıb.

Sherg.az xəbər verir ki, bu haqda məlumatı partiya sədrinin yaxın dostu Elman Eldaroğlu yayıb. 
 Şirvan şəhərindən toydan Bakıya qayıdarkən yolda sürətlə şütüyən hərbi yük maşınının təkəri qəfildən qoparaq  arxadan gələn Mirmahmud Mirəlioğlunun olduğu avtomobilə dəyib.
 Zərbə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sərnişinlərin heç biri xəsarət almayıb.