Mənsur Yavaş partiyasını qınadı! Özəl və İmamoğlunun açıqlaması


CHP-nin prezidentliyə namizədi kim olacaq sualına verilən cavablarda tez-tez üz-üzə gələn iki ad bu dəfə kürsüdə çıxış etdiyi üçün üz-üzə gəlib. 

Sherg.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun çıxışı əvvəlcədən müəyyən edilib, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş isə çıxış edəcəyini ona gec bildirilməsindən şikayətlənib. Onlar ailə fotosu  çəkdirmək üçün səhnəyə qalxarkən diqqətçəkən dialoq yaşanıb.

Mənsur Yavaş deyib: “Polemikaya fılan başlamaq istəmirəm, amma başqanım Əkrəmin gözəl çıxışı kimi mən də sizin qarşınızda gözəl  danışmaq istərdim, amma təəssüf ki, bir saat əvvəl mənə telefon gəldi və sən də danışacaqsan dedilər".

Mənsur Yavaşın narazılığından  sonra həm sədr Özgür Özəl, həm də Əkrəm İmamoğlu səhnədə açıqlama veriblər. 

Özgür Özəl, "Sədr  olaraq bütün məsuliyyət mənə aiddir. Biri sağ qolumuzdursa, digəri sol qolumuzdur" deyib.
Ekrem İmamoğlu da "Bu çıxışın bu günə daşınacağı deyildi. Mın sizin danışacağınızdan belə xəbərim yox idi" deyə bildirib.