Rusiyanın müdafiə naziri Azərbaycana gəldi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.
Rusiya Müdafiə Nazirliyindən APA -nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.
Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul edəcəyi qeyd olunub.