Türkiyə və Azərbaycan vətəndaşlarına 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı ziyarətlərdə yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək.
"Sherg.az" türk mətbuatına istinadən xəbərverir ki, Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib:
"İki dövlət, bir millət. Türkiyə və Azərbaycan indi daha yaxındır... İki ölkənin vətəndaşları, 1 aprel 2021 tarixindən etibarən qarşılıqlı səfərləri şəxsiyyət vəsiqəsi ilə həyata keçirə biləcək. Vizasız yaşayış müddəti 30 gündən 90 günə qaldırılıb”.