İyul dünya tarixinin ən isti aylarından biri olub

Arxada qoyduğumuz iyul ayı dünyada üçüncü, Avropada isə ikinci ən isti ay kimi tarixə düşüb.
Bu barədə Aİ-nin Kopernik adına İqlim Dəyişikliyi Mərkəzi məlumat verib.

Məlumata görə, ötən ay ərzində köhnə qitədə həftədə orta hesabla 200 meşə yanğını meydana gəlib.

Avropada ən isti iyulun isə 2010-cu ildə yaşandığı bildirilib.