Oyunlar pozulacaq: ...Türkiyənin artıq qalib gəldiyi özünü sübut edir”

“İlk gündən etibarən təxribat olduğu bəlli idi. Ona görə ki, fərqli iqlimlərə malik bölgələr yanırdı”.
 Bu sözləri Türkiyədəki yanğınlar barədə “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı dedi.

Onun fikrincə, əsas məsələ “kulisdədir”:

“Qlobal istiləşmə sadəcə pərdə çəkmək məqsədi daşıyır. Üstəgəl, bir neçə video da yayılıb və polis artıq şübhəli qismində onlarca insanı saxlayıb. Təxribatı edənlər bəllidir: terrorçular. Ancaq terrorçular inanmıram ki, bu qədər ağıllı plan qurub Türkiyəni ən zəif yerindən məharətlə vura bilərlər. Elə isə, sifarişçi var. Amma sifarişçinin kim olduğunu demək çox çətindir. Türkiyə təhlükəsizlik orqanları bu istiqamətdə işlər aparır”.


H.Səhrablının sözlərinə görə, qardaş dövlət bu sınaqdan da çıxacaq:

“Prezident Ərdoğanın çay mesajı məsələsi özü də bəlli deyil. Düzdür, məlumatlar yayılır ki, bu, Osmanlı dönəmindən qalan, hətta Atatürkün də istifadə etdiyi bir mesajdır:

"Siz  oturun rahat çayınızı için, biz hər şeyi həll edəcəyik". Lakin bu məlumatı yayan qaynaq bəlli deyil. Ciddi bir tarixçi və araşdırmaçı faktı təsdiq etmir.

Bu fakt düzgün olsa belə, zamanı və yeri doğru seçilməyib. Hər halda, Ərdoğanın çay mesajı reallığa uyğun olsa da, olmasa da, Türkiyə Cümhuriyyəti bu məsələnin öhdəsindən gələcək.

Mesajsız filansız bütün çirkin təxribatlar, oyunlar pozulacaq. Qarşı tərəf meşələri yandıracaq qədər acizləşmişsə, Türkiyənin artıq qalib gəldiyi özünü sübut edir».