COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 649 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 438 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 370 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 129 512, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 241 256 təşkil edir.