Qubada meşədə yanğın söndürülüb

Qubada meşədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinn Sherg.az-a verilən məlumatda bildirilib ki, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.