Qoyun başlı balıq: görənləri heyrətləndirdi +Fotolar

ABŞ -ın Şimali Karolina əyalətində ortaya çıxan, dişləri insan dişinə bənzəyən balıq görənləri qorxudub.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, 4 kiloqram ağırlığında olan balıq “Pacu” cinsindəndir.
Balığı tutan Martin adlı şəxs verdiyi açıqlamada bu sözləri deyib:

“Qardaşımla birlikdə balıq tutmağa getdik. Ağzı dişlərlə dolu balığa rast gəlidik. Bu, çox maraqlı, bir o qədər də təəccüblü bir hadisə oldu”.
Balığın şəkli sosial mediada böyük əks -səda doğurub.

Dünyanın bir çox ölkəsində nəşr olunan qeydlərə görə, “Pacu” balıqları Cənubi Amerika mənşəlidirlər. Onlar əsasən bitkilərlə qidalanırlar, lakin bəzən heyvanları da yem kimi seçirlər.